BAKI, 9 iyul — Sputnik. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu iyulun 8-də yekunlaşıb. Bu barədə Sputnuk Azərbaycan-a Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.
Onun sözlərinə görə, iyulun 2-dən başlayan sənəd qəbulunda rekord sayda ərizə qeydə alınıb. Belə ki, 50 min 697 nəfər müəllim olmaq istəyən şəxs miq.edu.az saytında qeydiyyatdan keçib.