CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elmar Vəliyevə sui-qəsdlə bağlı həbslər gedir, xeyli saxlanılan var

İcra başçısına qarşı terror aktı törətmiş Yunis Səfərovla yanaşı daha 11 nəfər saxlanılıb
Sputnik

BAKI, 9 iyul — Sputnik. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsdlə əlaqədar 12 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, icra başçısına qarşı terror aktı törətmiş Yunis Səfərovla yanaşı daha 11 nəfər saxlanılıb.

Həmin şəxslər aşağıdakılardır:

Zeynalov Firudin Etibar oğlu – 1982-ci il Tərtər rayonu

Zalov Cəfər Mürsəl oğlu – 1977, Gəncə şəhəri

Əzizov Mahir Əziz oğlu – 1986, Yevlax şəhəri

Əliyev Muraz Mətləb oğlu, 1989, Gəncə şəhəri

Abdullayev Hamlet Ramiz oğlu, 1978, Gəncə şəhəri

Ələkbərov Fikrət Balaqardaş oğlu, 1979, Bakı şəhəri

Həsənov Rauf Rövşən oğlu, 1983 Gəncə şəhəri

Paşayev Ramil Famil oğlu, 1980, Gəncə şəhəri

Salahov Ceyhun İsrail oğlu, 1972-ci il, Gəncə şəhəri

Mustafayev Rasim Hafiz oğlu, 1980, Gəncə şəhəri

Zahidov Elmir Savadxan oğlu, 1996-cı il, Neftçala rayonu.