Dünyanın gözlədiyi görüşdən yeni xəbər var

Rusiya-Amerika sammiti iyulun 16- Finlandiyanın paytaxtı Helsinkidə baş tutacaq
Sputnik

BAKI, 9 iyul — Sputnik. “Rusiya və amerikalı ekspertlər Vladimir Putin və Donald Trampın görüşündə imzalana biləcək sənədlərə dair fikir mübadiləsi aparırlar. Lakin hələlik tərəflərin mövqeyinin yaxınlaşmasından danışmaq tezdir”. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov vurğulayıb ki, hazırda ekspertlər səviyyəsində sammitə hazırlıq işləri görülür.

Peskov təsdiqlədi: Gözlənilən görüş ayın 14-də olacaq

Qeyd edək ki, Rusiya-Amerika sammiti iyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə baş tutacaq. Bu görüşdə Vladimir Putin və Donald Tramp ilk dəfə təkbətək görüş keçirəcəklər. Danışıqlarda Rusiya və ABŞ prezidentləri iki ölkə arasında münasibətlərin perspektivləri və aktual beynəlxalq məsələləri müzakirə edəcəklər.

Məlumata əsasən, Helsinkini görüş yeri kimi Finlandiya prezidenti Sauli Niinisto təklif edib. Bundan əvvəl mümkün görüş yeri kimi Vyana və Brüsselin adları çəkilirdi. Lakin sonda həm ABŞ, həm də Rusiya üçün çox "rahat" məkan seçilib. Tramp Finlandiya paytaxtına NATO-nun Brüsseldəki görüşündən, Putin isə futbol üzrə dünya çempionatının bağlanış mərasimindən sonra gedəcək.

Xatırladaq ki, dünya siyasətində genişmiqyaslı dəyişikliklərə yol açmış Mixail Qorbaçovla Corc Buş arasında ilk görüş də 1990-cı ildə də Helsinkidə baş tutub.