Ceyhun Bayramov: “Qəzalı məktəb problemi həll olunacaq”
“Azərbaycanda 3100-dən artıq təhsil müəssisəi tikilib və əsaslı təmir edilib”. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, son illərdə isə modul tipli məktəblərin tikintisinə başlanılıb:
“Bu cür məktəblərin tikintisi bu il də davam etdiriləcək. Bu il 137 ədəd modul tipli məktəb quraşdırılacaq. Bununla da qəzalı məktəb problemi həll olunacaq. Bakıda, digər böyük şəhər və rayonlarda daha çox şagird tutumlu məktəblərin və peşə təhsil mərkəzlərinin tikintisi və əsaslı təmir işləri də həyata keçirilir”.
Nazirin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz