BAKI, 9 iyul — Sputnik. İraqın bölünməsi layihəsini işə salan ABŞ, İraqın şimalında kürdlərin mərkəzi şəhəri olan Ərbildə dünyadakı ən böyük konsulluq binasını inşa edir. İsraildəki səfirliyini Qüdsə daşıyaraq böyük bir təxribata imza atan ABŞ-ın bənzər bir təxribatı Ərbildə də təşkil edəcəyi iddia edilir.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, ABŞ dünyanın ən böyük konsulluq binasını Ərbildə inşa edir. Dörd ilə bitəcək kompleksin xərcinin 650 milyon dollar olduğu deyilir. İddia olunur ki, Ərbildə tikilən kompleks konsulluqdan çox səfirlik standartlarına əsasən hazırlanır.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürməklə dünyada kəskin etirazlara səbəb olub.