İQTİSADİYYAT

Nazir Sahil Babayev əmək bazarında gözlənilən yenilikləri açıqladı

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyir ki, məşğulluq siyasətinin keyfiyyəti, onun əhatə dairəsinin genişləndirilməsi üçün müxtəlif tədbirlər proqramları həyata keçirilir
Sputnik

Sahil Babayev: “Bu proqramlar beynəlxalq ekspertlərlə əməkdaşlıq şəraitində həyata keçirilir”
“Məşğulluq siyasətinin keyfiyyəti, onun əhatə dairəsinin genişləndirilməsi və şaxələndirilməsi, xüsusilə gənclərin, sosial müdafiəyə ehtiyacı olanların əmək bazarına inteqrasiyası sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və ən yaxşı beynəlxalq standartla belə bir portalın yaradılması, tətbiq olunması üçün müxtəlif tədbirlər proqramları həyata keçirilir”. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuata açıqlamasında bildirib.

Nazir deyib ki, həmin proqramlar həm Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, həm də Beynəlxalq Əmək Təşkilatının ekspertləri ilə əməkdaşlıq şəraitində həyata keçirilir.

Nazirin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz