CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda 54 yaşlı qadın evində ölü tapıldı

Mənsurova Elmira Məhər qızının cəsədi aidiyyəti üzrə təhvil verilib
Sputnik

BAKI, 8 iyul — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Sputnik Azərbaycan-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1964-cü il təvəllüdlü Mənsurova Elmira Məhər qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.