Köç dalğası böyüyür — 10 minlərlə insan sərhədə gəlib

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığı hücumlar səbəbiylə evlərini tərk etmək məcburiyyətində qalan 270 min insanın sərhədə doğru getdiyini bildirib
Sputnik

BAKI, 8 iyul — Sputnik. Bəşər Əsəd rejiminin hücumlarından qaçan on minlərlə suriyalı İordaniya və İsrail sərhədinə yığışıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, rejim qüvvələri və iranlı milislərin üç həftədir əməliyyat keçirdiyi Suriyanın Dera bölgəsindən cənub tərəfə qaçanların sayı 270 minə çatıb.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığı hücumlar səbəbiylə evlərini tərk etmək məcburiyyətində qalan 270 min insanın sərhədə doğru getdiyini bildirib.

Qeyd edək ki, son 7 il ərzində Suriyada baş verən müharibə zamanı 13 milyon insan qaçqına çevrilib. 13 milyon qaçqından 5 milyonu qonşu dövlətlərə — İordaniya, Livan və Türkiyəyə pənah aparıb. 5 milyon qaçqının 3,5 milyonu Türkiyədə yerləşdirilib.