CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu dəfə ucuz adlatdıq: Kəsinti bərpa olundu

Maraqlıdır ki, məlum 3-4 iyul hadisəsi zamanı da paytaxtın bir çox yerlərində uzun müddət internet əlaqəsi kəsilmişdi
Sputnik

BAKI, 8 iyul — Sputnik. Abşeron rayonu ərazisində yaşanan internet problemi həll olunub. Rayon sakinlərinin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, təxminən yarım saat mənzillərə verilən internet bağlantısı kəsilib, sonra düzəlib.

Xatırladaq ki, bir müddət öncə Abşeron rayonu ərazisində yeni problem meydana çıxıb. Rayon sakinlərinin verdikləri məlumata görə, gözlənilmədən internet bağlantıları kəsilib. İnterneti kəsilən sakinlərdən Tural Məmmədovun sözlərinə görə, durumla bağlı aydın bir cavab ala bilməyiblər. O bildirib ki, abunəçisi olduğu "Qlobal Networks" provayderinin operatoru hazırda Abşeron rayonu üzrə çoxlu zənglər gəldiyini deyib: "Abşeron rayonunda fəaliyyət göstərən blokumuzda problem yaranıb".

Maraqlıdır ki, məlum 3-4 iyul hadisəsi zamanı da paytaxtın bir çox yerlərində uzun müddət internet əlaqəsi kəsilmişdi. Hətta elektrik enerjisinin verilməsi bərpa olunandan sonra belə, internet xeyli vaxt bərpa edilməyib.

Bu dəfə də internetin qəfil kəsilməsi və uzun müddət bərpa edilməməsi insanların narahatlığına səbəb olub.