Tibb bacısı körpəyə nələr etdi, baxmaq mümkün deyil - VİDEO

18 ildir tibb bacısı işləyən qadının vurduğu yumruqlardan körpə ağır xəsarət alıb
Sputnik

BAKI, 7 iyul — Sputnik. Bolqarıstanın paytaxtında olan xəstəxanalardan birində qan donduran hadisə baş verib.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Emiliya Kovaçova adlı qadın yeni doğulan körpəni döyüb. Bu hadisə xəstəxananın kameralarına düşüb.

Dörd günlük körpəni ağladığı üçün yumruqlayan qadının video görüntüləri bütün dünya mediasına sürətlə yayılıb. 18 ildir tibb bacısı işləyən qadının vurduğu yumruqlardan körpə ağır xəsarət alıb.