Qadın 17 körpəni öldürməkdə şübhəli bilinir

Əgər onun cinayətlərdə əli olduğu sübuta yetirilsə, "ən çox uşaq öldürən qatil" ola bilər
Sputnik

BAKI, 7 iyul — Sputnik. İngiltərədə bir qadın uşaq ölümündə şübhəli bilindiyi üçün həbs edilib.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, qadın 2015-2016-cı illərdə Countess of Chester xəstəxanasında işləyib və 17 körpənin ölümündə şübhəli bilinərək həbs edilib. Polis Laki Letbi adlı qadının Hereforddakı 180 min funtluq evində axtarış aparıb. Onun 2011-ci ildə ali məktəbi bitirdikdən sonra təhsilini artırmaq üçün Liverpul Qadın Xəstəxanasında işə düzəldiyi bildirilir.

Əgər onun cinayətlərdə əli olduğu sübuta yetirilsə, "ən çox uşaq öldürən qatil" ola bilər.