İnsan üzlü donuz görənləri heyrətə salıb - VİDEO

Çində doğulan və üzü insana bənzəyən donuz balası görənləri heyrətə salıb
Sputnik

BAKI, 7 iyul — Sputnik. Çinin cənubunda doğulan insan görünüşlü donuz balası böyük maraq doğurub.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, kəndlilərin kameraya aldığı heyvan iki gün yaşadıqdan sonra tələf olub.

Heyvanın "cyclops" sindromundan əziyyət çəkdiyi irəli sürülüb. Qəribə görünüşlü donuzun videosu internetdə paylaşılandan sonra böyük marağa səbəb olub.

Həmin videonu təqdim edirik.