CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qızmar yay günəşi Bakıda can aldı

Zərərçəkmiş ərazidə xidmət çəkən Yol Patrul Xidmətinin əməkdaşlarının köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb
Sputnik

BAKI, 7 iyul — Sputnik. Bakıda günvurmadan ölüm hadisəsi qeydə alınıb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, 1971-ci il təvəllüdlü Rövşən Dadaşov Yasamal rayonunda gün vurması nəticəsində özünü pis hiss edərək halsız vəziyyətdə yerə yıxılıb.

Zərərçəkmiş ərazidə xidmət çəkən Yol Patrul Xidmətinin əməkdaşlarının köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlər onun günvurmadan əziyyət çəkdiyini müəyyən edib. Tibbi müdaxiləyə baxmayaraq, o, dünyasını dəyişib.