CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yunis Səfərovun üzündəki zədənin mənbəyi bilindi

İşgəncələrə Qarşı Komitənin nümayəndələri Yunis Səfərovla görüşüblər
Sputnik

BAKI, 6 iyul — Sputnik. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin nümayəndələri Gəncə şəhərinin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd edən Yunis Səfərovla görüşüblər.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, komitə sədri Tural Hüseynov bildirib ki, görüşdə onun müavini Elçin Şirinov və ekspert Qartal Hüseynov iştirak edib.

Y. Səfərov saxlanma şəraiti və ona qarşı rəftardan şikayət etməyib.

“Yunis Səfərova qarşı hər hansı qeyri-insani rəftara və işgəncəyə yol verilməyib. O, saxlanmadan heç bir şikayət etmədi və işgəncəyə məruz qalmadığını bildirdi. Bildiyiniz kimi, Yunis Səfərov hadisəni törətdikdən sonra əlində silah qaçmağa cəhd edib və onu tutmaq istəyən polis əməkdaşlarına müqavimət göstərib. Bu zaman polis Yunis Səfərovu tərksilah etmək istəyərkən ona qanunvericilik çərçivəsində güc tətbiq etmək məcburiyyətində qalıb”, — deyə T. Hüseynov bildirib.