BAKI, 6 iyul — Sputnik. II Qareginin Ali patriarx və Bütün ermənilərin katolikosu titulundan imtina etməsini tələb edən "Yeni Ermənistan, yeni patriarx" hərəkatının fəalları Eçmiədzin kilsəsinin dəftərxana binasına zorla daxil olublar. Bu barədə Sputnik Ermənistan xəbər verir.
"Məşhur təşəbbüs qrupunun üzvləri Eçmiədzin kilsəsinin dəftərxanasının binasına soxuldular və özlərini cəmiyyətə uyğun olmayan və fitnəkar formada aparıb özlərinə uyğun şəkildə ultimatumlar verməyə başladılar. Onlar din xadimlərini dinləmək və anlamaq istəmirlər. Onların özlərini bu cür aparması yolverilməzdir" — deyə dəftərxananın mətbuat xidmətinin rəhbəri Vaqram Melikyan bildirib.
O, həmçinin etirazçıların zor tətbiq etmək istədiklərini də bildirib.
Qeyd edək ki, iyunun 7-də Yerevanda Bütün ermənilərin katolikosu II Qareginin iqamətgahının qarşısında etiraz yürüşü keçirilib. Etirazçılar II Qareginin Ali patriarx və Bütün ermənilərin katolikosu titulundan imtina etməsini tələb ediblər. Aksiya iştirakçıları arasında din xadimləri də olub.
Xatırladaq ki, II Qaregin 1999-cu ildə Ali Dini Şura tərəfindən Bütün ermənilərin katolikosu və Ali patriarx seçilib.