RUSİYA

Tramp Putinlə görüşdən danışdı: "Ömür boyu buna hazırlaşmışam"

ABŞ lideri Rusiya ilə yaxşı münasibətlərin qurulmasının vacibliyini vurğulayıb
Sputnik

BAKI, 6 iyul — Sputnik. ABŞ prezidenti Donald Tramp jurnalistlərə rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırlığından danışıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, ABŞ lideri Rusiya ilə yaxşı münasibətlərin qurulmasının vacibliyini vurğulayıb və görüş zamanı "hər şeyin yaxşı olacağına" əmin olduğunu bildirib.

Əsəd Suriyadakı Rusiya-ABŞ qarşıdurmasının gizlinlərini açdı

"Mən hazır olacağammı? Mən tam olaraq hazıram. Mən buna bütün həyatım boyu hazırlaşmışam" — deyə Tramp Montanada mitinqdə çıxışı zamanı bildirib.

Qeyd edək ki, Rusiya-Amerika sammiti Helsinkidə baş tutacaq. Vladimir Putin və Donald Tramp iyulun 16-da Finladiya paytaxtında görüşəcəklər. Danışıqlarda Rusiya və ABŞ prezidentləri iki ölkə arasında münasibətlərin perspektivləri və aktual beynəlxalq məsələləri müzakirə edəcəklər.

Məlumata əsasən, görüş yeri kimi Helsinkini Arktika regionu başçılarının görüşündə Finlandiya prezidenti Sauli Niinisto təklif edib. Bundan əvvəl mümkün görüş yeri kimi Vyana və Brüsselin adları çəkilirdi. Lakin sonda həm ABŞ, həm də Rusiya üçün çox "rahat" məkan seçilib. Tramp Finlandiya paytaxtına NATO-nun Brüsseldəki görüşündən, Putin isə futbol üzrə dünya çempionatının bağlanış mərasimindən sonra gedəcək.

Xatırladaq ki, dünya siyasətində genişmiqyaslı dəyişikliklərə yol açmış Mixail Qorbaçovla Corc Buş arasında ilk görüş 1990-cı ildə də Helsinkidə baş tutub.