Avropanın mərkəzində qaz sızması səbəbindən yüzlərlə insan təxliyyə edildi

Praqada qaz sızması səbəbindən 500-dən çox insan təxliyyə olunub
Sputnik

BAKI, 6 iyul — Sputnik. Çexiyanın paytaxtı Praqanın Masna küçəsində yerləşən evlərdən birində qaz sızması səbəbindən 500-dən çox adam təxliyyə edilib.

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu ərazidə ictimai nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Təhlükəsizlik məqsədi ilə kənar şəxslərin, həmçinin media nümayəndələrinin əraziyə girişi qadağan edilib.

Şəhər yanğından müdafiə xidmətinin əməkdaşı Martin Kavkanın sözlərinə görə, problem 1-2 saata həll oluna bilər.