SƏHİYYƏ

Qadınlar üçün süni yumurtalıq yaradılıb

Danimarkalı alimlər, xərçəng və digər ciddi xəstəliklərdən sonra qadınların uşaq doğmaq qabiliyyətini bərpa edəcək kəşfə imza atıblar
Sputnik

BAKI, 6 iyul — Sputnik. Danimarkalı alimlər, xərçəng və digər ciddi xəstəliklərdən sonra qadınların uşaq doğmaq qabiliyyətini bərpa edəcək kəşfə imza atıblar. Onlar xüsusilə kimyəvi terapiya kimi ağır müalicə üsulundan sonra qadınların hamilə qalmasına kömək edəcək süni yumurtalıqlar icad ediblər.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, alimlər xərçəng müalicəsindən sonra qadınlara məhsuldarlığı bərpa edə biləcək yumurtalıq toxumasının "konservasiyası" prosedurunu tətbiq edirlər.

Həkimlər, müalicədən əvvəl qadının uşaq doğmaq funksiyasını qorumaq üçün yumurtalıqların çıxarılmış toxumanı dondurur və tibbi prosedurları icra etdikdən sonra artıq döllənmiş yumurta ilə birlikdə toxumanı xəstəyə qaytarırlar. Beləliklə, qadın uşaq sahibi olmaq şansı əldə edir.

Lakin, dondurma prosedurunun hər kəsə göstərilmədiyini bilmək lazımdır. Süni yetişdirilən orqan leykoz və yumurtalığın ovarial xərçəngi olan qadınlar üçün təhlükəsiz bir seçim ola bilər.

"Yeni üsul hələlik insan üzərində kliniki sınaqdan keçirilməyib. Bununla belə, yumurta toxumasının qorunmasının öyrənilməsi istiqamətində ilk addımdır. Bu üsulun öz yerini tutması üçün hələ uzun illər onu sınaqdan keçirmək lazım gələcək" — deyə elmi layihənin iştirakçısı Pors Straj bildirib.

Onun sözlərinə görə, süni yumurtalığın insanlar üzərində təcrübədən keçirilməsi üçün onun hazırlanmasına 5-10 il vaxt lazımdır.

Xatırladaq ki, yumurtalıq xərçəngi hər il dünyada təqribən 140 min qadının ölümünə səbəb olur.

https://www.theguardian.com/science/2018/jul/01/artificial-ovary-could-help-women-conceive-after-chemotherapy-fertility