QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Təhlükəsizlik Şurasının katibi Qarabağ münaqişəsindən danışdı

Rusiya problemin bütün tərəflərin maraqları nəzərə alınmaqla, sülh yolu və mərhələli həllinin tərəfdarıdır
Sputnik

BAKI, 6 iyul — Sputnik. "Rusiya Dağlıq Qarabağ münaqişəsinin mərhələli və sülh yolu ilə həllinin tərəfdarıdır".

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ermənistanlı həmkarı Armen Qriqoryanla görüşündə bildirib. 

Görüşdə qeyd olunub ki, Rusiya regionda sabitliyin bərqərar olunmasının, habelə Dağlıq Qarabağ probleminin bütün tərəflərin maraqları nəzərə alınmaqla, sülh yolu və mərhələli həllinin tərəfdarıdır.