MƏDƏNİYYƏT

Rejissor Elvin Abdulla “EuroAsia İnternational Film Festival”ı haqqında danışır

Rejissor Elvin Abdulla deyir ki, bu festivalda qurduğumuz əlaqələrlə ölkəmiz üçün faydalı addımlar atacağıq
Sputnik

Rejissor Elvin Abdulla “EuroAsia İnternational Film Festival”ı haqqında danışır
“XIV “EuroAsia İnternational Film Festival”ı gözlədiyimiz kimi A kateqoriyalıdır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında XIV “EuroAsia İnternational Film Festival”ında iştirak edən rejissor Elvin Abdulla deyib.

O bildirib ki, festivalda 30-dan çox ölkə iştirak edib: “Azərbaycan bu festivalda “Xənnas” filmi ilə təmsil olunurdu. Festivalda Avropa və Asiya kinosunu birləşdirən kino xadimləri, şirkətləri, rejissor və prodüsserlər iştirak edirdi. Bu festivalda iştirak bizim üçün də faydalı oldu. Düşünürəm ki, bu festivalda qurduğumuz əlaqələrlə ölkəmiz üçün faydalı addımlar atacağıq. Ümumilikdə “EuroAsia İnternational Film Festival”ı haqqında fikirlərim yüksəkdir”.

Qazaxstanda keçirilən XIV “EuroAsia İnternational Film Festival”ı Avropa və Asiya kinolarını özündə birləşdirir. 

Elvin Abdullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz