HADİSƏ

Ucqar dağ kəndində qorxunc hadisə

Yük avtomobili hərəkətdə olarkən təkəri yerindən çıxıb və nəticədə avtomobil aşıb
Sputnik

Rahim Zakiroglu, Sputnik Azərbaycan

BAKI, 6 iyul — Sputnik. Lənkəranda avtomobil qəzası hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə əsasən, qəza rayonun ucqar dağ kəndi olan Biləsər kəndində qeydə alınıb.

Yük avtomobili hərəkətdə olarkən təkəri yerindən çıxıb və nəticədə avtomobil aşıb. Qəza nətincəsində nəqliyyat vasitəsində olan Biləsər kənd sakinləri, 29 yaşlı Raqib Məmmədov və 36 yaşlı Firdovsi Poladov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan şəxslər Lənkəran Mərkəzi Rayon Xəstəxanasına gətirilərək travmatologiya şöbəsinə yerləşdiriliblər. Hazırda qəza hadisəsi araşdırılır.