ELM

"Təhsil Nazirliyi saxta diplomlu müəllimlərə göz yumur"

Kamran Əsədov: "Ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələri faciəvidir"
Sputnik

BAKI, 5 iyul — Sputnik. "Azərbaycan təhsil sistemində neqativ hallar hələ də qalmaqdadır". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə təhsil eksperti Kamran Əsədov deyib.

Təhsil nazirinin yeni müavini kimdir?

Ekspert qeyd edib ki, hazırda Azərbaycan müəllimləri keyfiyyətli tədris təşkil edə bilmirlər: "Buna baxmayaraq, Təhsil Nazirliyi saxta diplomlu müəllimlərin fəaliyyətini davam etdirməsinə mane olmur. Müasir İKT bacarıqlarına malik olmayan müəllim normal keyfiyyətli şagird yetişdirə bilməz. Bunun nəticəsidir ki, orta məktəblər funksiyalarını yerinə yetirə bilmir".

"Yəni bizim təhsilimizdə keyfiyyət amili sənəd üzərindədir. Real nəticələr isə tamam başqadır. Əgər biz bu sistemi mükəmməlləşdirməsək, hər hansı inkişafdan danışmaq olmaz. Bu gün ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələri faciəvidir. Hələ də 100-150 bal yığan abituriyentlər ali məktəblərə qəbul olunurlar" — K.Əsədov bildirib.

Onun sözlərinə görə, təhsilimizin digər problemi dərsliklərlə bağlıdır və bu problem də ciddi şəkildə həllini gözləyir.