Abşeronda mövsüm faciəsi baş verdi

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub
Sputnik

BAKI, 5 iyul — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 04.07.2018-ci il tarixində Abşeron rayonunun Novxanı çimərliyində 1 nəfərin batması barədə məlumat daxil olub. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bu gün səhər saatlarından etibarən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.