Avropada böyük əməliyyat, erməni "qanuni oğrular" tutuldu

Reydlər 70-dən çox obyektdə keçirilib, nəticədə nəqliyyat vasitələri, silah, zinət əşyaları, nağd pullar aşkarlanıb.
Sputnik

BAKI, 5 iyul — Sputnik. İspaniya polisi öz tarixindən keçirdiyi ən böyük əməliyyatlardan biri nəticəsində əksəriyyəti ermənilər olan 129 nəfər həbs edilib. Sputnik Azərbaycan xəbər verir ki, "İnterpol"un yaydığı məlumatda əməliyyatın qonşu Fransada da keçirdliyi bildirilir.

"Kus" adlanan əməliyyat cinayətkar dəstə şəbəkəsinin üzə çıxarılması və yüksək nüfuzlu "qanuni oğruların" həbs olunmasıdır. Əməliyyat İnterpol, Avropol, Gürcüstan və Fransa hüquq-mühafizə orqanlarının dəstəyi ilə İspaniya polisi tərəfindən həyata keçirilir.

Saxlanılanlardan 7-i "qanuni oğrudur". Onların adları açıqlanmır, lakin böyük ehtimalla söhbət gürcü kriminal generallar, doğma qardaşlar və "qanuni oğrular" Laşa və Kaxaber Şuşanaşvilinin yaxın ətrafında gedir. Bundan əlavə, bəzi məlumatlara görə erməni qanuni oğru "Ero Tomskiy" adı ilə tanınan Erik Caginyan da İspaniyadadır.

"Cinayətkar şəbəkə silah, narkotik, çirkli pulların yuyulması, fırıldaqçılıq, korrupsiya da daxil olmaqla bir sıra transmilli cinayətlərin törədilməsində ittiham olunur", — deyə "İnterpol"dan bildirilir.

Reydlər 70-dən çox obyektdə keçirilib, nəticədə nəqliyyat vasitələri, silah, zinət əşyaları, nağd pullar aşkarlanıb.