HADİSƏ

İki rayonda yanğın təlaşı: Alov 250 hektara yaxın ərazini bürüyüb

Yanğın müvafiq bölmələr tərəfindən söndürülüb
Sputnik

BAKI, 5 iyul — Sputnik. Şabran rayonunun Ağbaşı kəndinin ərazisində 80 ha biçilmiş, 25 ha biçilməmiş taxıl sahəsi, 50 ha sahədə quru ot, Siyəzən rayonunun Eynibulaq kəndinin ərazisində isə 30 ha biçilmiş, 18 ha biçilməmiş taxıl sahəsi və 240 ha sahədə quru ot yanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, yaxınlıqdakı digər əkin sahələri və tikililər yanğından mühafizə olunub. Yanğın müvafiq bölmələr tərəfindən söndürülüb.