HADİSƏ

Ağır qəza yenə can aldı, xəsarət alanların arasında uşaq da var

Yol nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb
Sputnik

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 5 iyul — Sputnik.Sputnik Azərbaycan-ın bölgə müxbirinin xəbərinə görə Bakı-Qazax avtomobil yolunun Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Eyni istiqamətdə hərəkət edən "Jiquli" və "Suzuki" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər qadın sərnişin ölüb, biri uşaq olmaqla 4 nəfər xəsarət alıb.

Bakı-Qazax avtomobil yolunda ağır yol nəqliyyat hadisəsi

Faktla bağlı araşdırmalar aparılır.