HADİSƏ

Qaxda bədbəxt hadisə

Kənd sakini yaşadığı evin həyətyanı sahəsində qoz ağacından yıxılıb
Sputnik

BAKI, 4 iyul — Sputnik. Qax rayonunda bədbəxt hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun İbaxlı kəndində qeydə alınıb.

Kənd sakini Cavidan Qaçaylı yaşadığı evin həyətyanı sahəsində qoz ağacından yıxılıb. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan xəstə dərhal Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.