CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı sakinləri nəqliyyat problemlərindən şikayət edirlər - FOTO

Sərnişinlərin sosial şəbəkələrdə paylaşdıqları xəbərlərdən belə məlum olur ki, avtobuslar sakinlərin müəyyən yerlərə çatdırılması probleminin öhdəsindən gələ bilmirlə
Sputnik

BAKI, 4 iyul — Sputnik. Xəbər verildiyi kimi elektrik enerjisi ilə bağlı problem paytaxtın bütün nəqliyyat infrastrukturu na təsir edib. Belə ki, bu gün Bakı metrosu işləməyəcək, avtobuslar isə xüsusi rejimə keçiblər.

Lakin sərnişinlərin sosial şəbəkələrdə paylaşdıqları xəbərlərdən belə məlum olur ki, avtobuslar sakinlərin müəyyən yerlərə çatdırılması probleminin öhdəsindən gələ bilmirlər. Daha çox problem Koroğlu metro stansiyası istiqamətində hiss olunur. Bu ərazidəki 1 və 13 saylı avtobuslar hansısa səbəbdən normal fəaliyyət göstərə bilmirlər. 

Bakıda nəqliyyat problemi