Bakı metrosundan istifadə edənlərə şad xəbər

Bu gün saat 13.10 radələrindən sərnişinlərə xidmət göstərilməyə başlanılıb
Sputnik

BAKI, 4 iyul — Sputnik. "Bakı Metropoliteni" QSC öz işini bərpa edib. Bu barədə Sputnik Azərbaycan-a QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu gün saat 13.10 radələrindən sərnişinlərə xidmət göstərilməyə başlanılıb.

Qeyd edək ki, dünən ikinci dəfə ölkə üzrə elektrik enerjisinin verilişində problem yaranıb. Saatlarla paytaxt və bəzi rayonlara işıq olmayıb. Bununla bağlı dünən axşam saatlarından indiyədək Bakı metrosu fəaliyyətini dayandırıb.