VİDEO

Paytaxt sakinləri belə məşəqqət yaşadılar - VİDEO

Paytaxt metrosunun bağlanması səbəbindən işə getmək üçün böyük çətinliklərlə üzləşən Bakı sakinləri Sputnik Azərbaycan-ın obyektivinə düşüb.
Sputnik

Bakı sakinləri avtobusların çatışmamasından hiddətləniblər — avtobuslar gec-gec işləyirlər və reysə dolmuş vəziyyətdə çıxırlar. Paytaxt yollarında tıxaclar müşahidə edilir. Qeyd edək ki, elektrik kəsilməsindən sonra bərpa işləri ilə əlaqədar Bakı metropoliteni test rejimində işləyir və sərnişinlər üçün bağlıdır.

İyulun 3-də axşam saatlarında Azərbaycan paytaxtında növbəti dəfə elektrik kəsilməsi baş verib. Bunun nəticəsi olaraq Bakı metropoliteninin qatarlarından biri "Gənclik" və "Nərimanov" stansiyaları arasında dayanıb.