QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paşinyan daxili qoşunları Qarabağa göndərir

Avqustun 15-dən daxili qoşunlar 15 günlük növbə ilə Qarabağa göndəriləcək
Sputnik

BAKI, 3 iyul — Sputnik. Ermənistan rəhbərliyi polisin daxili qoşunlarını xidmət keçmələri üçün sərhədə göndərmək niyyətindədir. Bu barədə Sputnik Ermənistan "Qraparak" nəşrinə istinadən bildirir.

Ermənistan ordusunda korrupsiya sxeminin üstü açıldı, tutulanlar var

""Daxili qoşunlar haqqında" qanuna əsasən bu qoşun növünün hədəflərindən biri "müdafiədə iştirakdır", lakin əvvəlki hökumət bu qoşun növündən etiraz aksiyalarını dağıtmaq üçün istifadə edib. Ermənistan polisinin rəisi Valeriy Osipyan şənbə günü bölmələrlə görüşüb və bildirib ki, o, bununla bağlı Müdafiə Nazirliyindən təklif alıb və qəbul edib. Təşəbbüs isə baş nazir Nikol Paşinyan tərəfindən irəli sürülüb" — deyə məqalədə qeyd olunur.

Qəzetin məlumatına görə, bir bölmə öz narazılığını bildirib. Osipyan qeyd edib ki, avqustun 15-dən daxili qoşunlar 15 günlük növbə ilə Qarabağa göndəriləcək. Burada olduğu vaxtda isə onlara əlavə əmək haqqı ödəniləcək.

Polis rəhbərliyi öz növbəsində görüş faktını təsdiqləyib və bildirilib ki, belə bir qərar verilsə, onlar bu barədə ictimaiyyətə məlumat verəcəklər.