İQTİSADİYYAT

Manatın məzənnəsi artıb

Azərbaycan manatının real effektiv məzənnəsi 2018-ci il iyun ayının 1-nə 94,8 bənd təşkil edib
Sputnik

BAKI, 03 iyun — Sputnik. Azərbaycan manatının real effektiv məzənnəsi 2018-ci il iyun ayının 1-nə 94,8 bənd təşkil edib. Sputnik Azərbaycan Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, mayın 1-nə olan analoji göstəricidən 2,6 faiz bəndi çoxdur.

Əvvəlki ilin analoji dövründə olan göstəriciyə nisbətən isə real effektiv məzənnə 0,2 faiz bəndi artıb. Artıma səbəb Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının dollarla müqayisədə ucuzlaşmasıdır.

Qeyd edək ki, manatın real effektiv məzənnəsi 2000-ci ildən hesablanır, minimum səviyyəsi 2004-cü ildə (74,2), maksimum səviyyəsi 2015-ci il yanvarında (153,1) qeydə alınıb. Maliyyə böhranı başlayandan isə minimum hədd 2016-cı il sentyabrın 1-də (87 bənd) olub.