Azərbaycan ordusuna "həyəcan" siqnalı verildi, təyyarələr havaya qalxdı

Döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib
Sputnik

BAKI, 3 iyul — Sputnik. Azərbaycan ordusunun genişmiqyaslı təlimlərinin planına əsasən təlimlərdə iştirak edən döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib.

Sputnik Azərbaycan-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, "həyəcan" siqnalı ilə qaldırılan döyüş aviasiya vasitələri ehtiyat aerodromlarına çıxarılıb.

Hava hücumundan müdafiə vasitələrinin ərazidə yerləşdirilməsi sona çatdırılıb.