CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elektrik kəsilməsi bəzi insanların halına pis təsir etdi

"Qatarların hərəkətini təmin etmək üçün elektrik enerjisinin verilişində dayanıqlıq olmadığından Bakı metropoliteni bu gün fəaliyyətini bərpa etməyəcək".
Sputnik

BAKI, 3 iyul — Sputnik. "Qatarların hərəkətini təmin etmək üçün elektrik enerjisinin verilişində dayanıqlıq olmadığından Bakı metropoliteni bu gün fəaliyyətini bərpa etməyəcək".

Bu barədə "APA-Economics"ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Bakı metrosunda sərnişinlərin təxliyəsi başa çatıb.

Bu barədə "Report"a “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda tunellərin yoxlanması işləri həyata keçirilir.