CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərenerji": Bakının enerji təminatı bərpa olundu

"Azərenerji": Cənub və Sumqayıt elektrik stansiyaları işə salınıb, Bakının enerji təminatı bərpa olunub
Sputnik

BAKI, 3 iyul — Sputnik. "780 meqavatlıq Cənub elektrik stansiyası işə salınıb".

Bu barədə "APA-Economics"ə "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı məlumat verib. Onun sözlərinə görə, Sumqayıt elektrik stansiyası işə salınıb.

"Bu, Bakının enerji təminatını bərpa etməyə imkan verib. Hazırda işlər yekunlaşmaq üzrədir. Ölkənin elektrik enerjisi sisteminin dayanıqlılığı bərpa olunur", — deyə Y.babanlı vurğulayıb.