HADİSƏ

Dəhşətli yol qəzasında iki qardaş həyatını itirdi

Faktla bağlı araşdırma aparılır
Sputnik

BAKI, 3 iyul — Sputnik. Bərdədə ötən gecə ağır yol qəzası baş verib. 

APA-nın xəbərinə görə, rayonun Əmirli kəndi ərazisində, “Hyundai” və “VAZ” 2107 markalı, 56 BG 837 dövlət nömrə nişanlı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri Abışov Elvin Teyyub oğlu və onun qardaşı  Abışov Təbriz Teyyub oğlu ölüb.

Faktla bağlı araşdırma aparılır.