CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanınmış jurnalist Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri oldu

P.Abubəkirov, əvvəllər ANS-də “Cinayət işi” və İTV-də “Qanundan kənar” verilişlərinin aparıcısı olub
Sputnik

BAKI, 2 iyul — Sputnik. Səhiyyə Nazirliyinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

Sputnik Azərbaycan-ın “Report”a istinadla xəbərinə görə, nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib ki, nazirin müvafiq əmri ilə bu vəzifəyə telejurnalist Pərviz Abubəkirov təyin edilib.

O, bu gündən fəaliyyətə başlayıb.

Qeyd edək ki, P.Abubəkirov, əvvəllər ANS-də “Cinayət işi” və İTV-də “Qanundan kənar” verilişlərinin aparıcısı olub.