CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müdafiə Nazirliyi: Qoşunlarımız əməliyyat rayonlarına üz tutub

Qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq, gizli və operativ şəkildə həyata keçirilir
Sputnik

BAKI, 2 iyul — Sputnik. Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin planına əsasən, həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir.

Təlimlərdə iştirak edən qoşunlar əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq, gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq, qoşunlar döyüş əməliyyatlarına hazırlıq üzrə planlı işlər yerinə yetirirlər.