CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alimlər isti yay aylarında insanları xəbərdar etdi

Maşında qalan suyu isə qəti surətdə içməyin
Sputnik

BAKI, 2 iyul — Sputnik. Stanford universitetində aparılan araşdırma nəticəsində məlum olub ki, 23-35 dərəcə temperaturda günəş altında qalan avtomobilin içində temperatur 44-55 dərəcəyə kimi qalxa bilir.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, isti havada avtomobilin içində unudulan su şüşəsinin içində olan sudan içilməsi insan üçün fəlakətlə nəticələnə bilər. Alimlər araşdırma apararaq plastik qabda olan suyu günəş altında qalan avtomobilin içinə qoyublar. Bu zaman qısa müddət ərzində plastik qabda olan suyun buxarlandığı, az sonra plastık qabın özünün tüstüləndiyi müşahidə olunub. Belə qablar hətta maşınınızın yanmasına belə səbəb ola bilər.

Alimlər belə bir qənaətə gəliblər ki, isti hava şəraitində plastik qabda olan su insan orqanizmi üçün ziyanlıdır. Ona görə mütəxəssislər bildirir ki, maşında plastik şüşədə su qoymayın. Maşında qalan suyu isə qəti surətdə içməyin.