CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

On iki rayonun sakinlərinə xoş xəbər

Vətəndaşlara səyyar formada xidmət göstəriləcək
Sputnik

BAKI, 2 iyul — Sputnik. Səyyar ASAN xidmət 4 iyun – 3 iyul Qaxda, 19 iyun – 3 iyul Daşkəsən və Tərtərdə, 19 iyun – 7 iyul Lerikdə, 25 iyun – 4 iyul Hökməli qəsəbəsində, 27 iyun – 26 iyul Kürdəmir və Lənkəranda, 2 – 31 iyul Şəki və Qusarda, 4 – 18 iyul Pirallahıda, 6 – 30 iyul Şamaxıda, 7 – 31 iyul tarixlərində isə Gədəbəy və Yevlaxda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

“ASAN xidmət”dən rekord göstərici

Sputnik Azərbaycan "ASAN Xidmət"in mətbuat xidmətinə istinadən xəbər verir ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.