Bakı metrosunda problem yaranıb, sərnişinlər təxliyə edilib

Qatarların bir qismi "Memar Əcəmi", bir qismi isə "Azadlıq prospekti" stansiyasindan geri qaytarılıb və sərnişinlər düşürülüblər
Sputnik

BAKI, 2 iyul — Sputnik. Bu gün səhər saat 09:00 radələrində Bakı metrosunun "Həzi Aslanov-Dərnəgül" xəttinin avtomotik idarəetmə sistemində problem yaranıb. Bu barədə Sputnik Azərbaycan-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, son nəticədə qatarlar stansiyalara əllə idarəetmə hesabına qəbul edilib: "Buna görə də qatarların bir qismi "Memar Əcəmi", bir qismi isə "Azadlıq prospekti" stansiyasindan geri qaytarılıb və sərnişinlər düşürülüb. Yalnız bəzi qatarlar "Dərnəgül" stansiyasına qədər hərəkət edib. Saat 09:21-də həmin problem tam aradan qaldırılıb".