ABŞ nüvə bombasını sınaqdan keçirib

İki nüvə bombası sınağı iyunun 9-da Nevada ştatında yerləşən Tonopa poliqonunda baş verib
Sputnik

BAKI, 2 iyul — Sputnik. ABŞ Hərbi Hava Qüvvələri Nüvə Təhlükəsizliyi Milli İdarəsi ilə birgə ilk dəfə "B-2 Spirit" strateji bombardmançı təyyarələrdə "B61-12" idarə olunan nüvə bombasını sınaqdan keçirib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

ABŞ-da nüvə qalmaqalı: Dünyanın taleyi narkomanların əlinə keçib

İki nüvə bombası sınağı iyunun 9-da Nevada ştatında yerləşən Tonopa poliqonunda baş verib. "Təyyarənin nüvə bombasını daşımaq qabiliyyətini müəyyənləşdirmək və bombanın qeyri-nüvə funksiyalarını nümayiş etdirmək məqsədi ilə keçirilən sınaqlar birgə testlərin tərkib hissəsidir" — deyə nazirliyin məlumatında bildirilir.

Qeyd edək ki, ötən ildə Nevada ştatında Hərbi Hava Qüvvələri Nüvə Təhlükəsizliyi Milli İdarəsi ilə birgə modifikasiya olunmuş "B61-12" nüvə bombasını sınaqdan keçirib. Nüvə döyüş hissləri ilə təchiz olunmayan bombalar "F-15E" qırıcılarından atılıb. Təyyarənin nüvə bombasını daşımaq qabiliyyətini müəyyənləşdirmək üçün bombanın qeyri-nüvə funksiyaları sınaqdan keçirilib.