ABŞ kəşfiyyatından gündəmi dəyişəcək maraqlı iddia

ABŞ kəşfiyyatı Şimali Koreya ilə ABŞ arasındakı normallaşma prosesinə zərbə vuracaq bir hesabat hazırlayıb.
Sputnik

BAKI, 1 iyul — Sputnik.  ABŞ kəşfiyyatı Şimali Koreyanın ölkə içərisində nüvə silah istehsalına və nüvə silahlar üçün yanacaq istehsal etməyə davam etdiyini bildirib. Bu barədə Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir.

Amerikalı rəsmi şəxslər bildirib ki, Şimali Koreya son bir neçə aydır gizli sahələrdə nüvə silahı ilə bağlı addımlar atır. Şimali Koreya lideri Kim Çen In bu obyektləri gizlətməyə çalışır.

Kim Çen In ilə 12 iyunda reallaşan görüşdən sonra Donald Tramp Şimali Koreyadan artıq nüvə təhdidi gəlməyəcək demişdi.

Rəsmi şəxslər bildirib ki, onların ABŞ-ı aldatmağa çalışdıqlarına dair çox dəqiq sübutlar var.