HADİSƏ

Sumqayıtda dava düşdü, polis rəisi yaralandı

Sumqayıtda polis rəisi münaqişə zamanı başından daşla vurulub
Sputnik

BAKI, 1 iyul — Sputnik. Sumqayıt şəhərində polis münaqişə zamanı xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə şəhərin 14-cü məhəlləsində baş verib.

1981- ci il təvəllüdlü Bakı şəhər sakini, polis işçisi Məmmədov Namiq Ramiz oğlu Sumqayıtın 14-cü məhəlləsi ərazisində münaqişə zəminində gicgah nahiyəsindən daş yarası alıb.

Xəstəxanaya çatdırılan şəxs daha sonra ambulator müayinəyə buraxılıb.

N.Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisidir.

Faktla bağlı araşdırma aparılır.