RUSİYA

Tamaşaya baxmağa gəlmişdilər, hücuma məruz qaldılar - VİDEO

Dəvəquşu hirslənib və tamaşaçılar oturan oturacaqlara tərəf qaçıb
Sputnik

BAKI, 1 iyul — Sputnik. Sirkdə tez-tez heyvanların izləyicilərin üzərinə hücum etməsi faktları baş verir.

Sputnik AzərbaycanRusiya mətbuatına istinadən xəbər verir ki, belə hallardan biri də bir neçə gün öncə baş verib. Belə ki, dəvəquşu ilə çıxış edən təlimçi dəvəquşu ilə düzgün rəftar etmədiyi üçün dəvəquşu hirslənib və tamaşaçılar oturan oturacaqlara tərəf qaçıb. Dəvəquşunun hücumundan uşaqlar və valideynlər qorxublar. Dəvəquşunu təlimçilər sakitləşdiriblər və səhnədən uzaqlaşdırıblar.