HADİSƏ

Avtobus dərəyə aşdı, onlarla insan öldü

Hadisənin təfərrüatları dəqiqləşdirilir
Sputnik

BAKI, 1 iyul — Sputnik. Bazar günü Hindistanın şimalında yerləşən Uttarakhand ştatında avtobusun dərəyə aşması nəticəsində azı 40 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Bildirilir ki, 45 nəfəri daşıyan avtobus dərəyə 200 metr yüksəklikdən düşüb. Hadisənin təfərrüatları dəqiqləşdirilir.