BAKI, 1 iyul — Sputnik. İŞİD təhdidini bəhanə edərək Suriyaya girən ABŞ qüvvələri Haseke-Tel Beyder bölgəsində yeni hərbi hava bazası inşa edib.
Sputnik Azərbaycan "Timetürk"ə istinadən verdiyi xəbər görə, 27 iyunda iki təyyarə yeni silah və sursatları buraya gətirib.
Bu hərbi baza Türkiyə sərhədinə 35 kilometr məsafədə yerləşir. Burada 1 ildir ki tikinti işlər aparılırdı.
Daha əvvəl PKK-ya silah və sursat aparan yük təyyarəsi İraqın Ərbil şəhərindəki ABŞ bazalarına enir, silahlar buradan quru yolla Suriyaya gedirdi.
ABŞ həmin ərazidə bir radar bazası da yaradır.