Türkiyə PKK liderlərindən birini məhv etdi

Türkiyə Silahlı Qüvvələrinin "Zeytun budağı" əməliyyatlarına başlamasından bəri zərərsizləşdirən terrorçuların sayı 4513-ə çatıb
Sputnik

BAKI, 30 iyun — Sputnik. Türkiyə Silahlı Qüvvələri son bir həftə (22-28 iyun) tarixlərində keçirdiyi əməliyyatlar zamanı 56 terrorçu məhv edilib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, zərərsizləşdirilən PKK yaraqlılarından biri terror təşkilatının liderlərindəndir.

Ümumilikdə Türkiyə Silahlı Qüvvələrinin "Zeytun budağı" əməliyyatlarına başlamasından bəri zərərsizləşdirən terrorçuların sayı 4513-ə çatıb.