HADİSƏ

İstanbulda hərbi yataqxana yanır - FOTO

Hadisə yerinə yanğınsöndürənlər gəlib
Sputnik

BAKI, 30 iyun — Sputnik. İstanbulda yerləşən keçmiş hərbi yataqxanada yanğın baş verib.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, yanğın 12 mərtəbəli binanın 7-ci mərtəbəsində olub.

Hadisə yerinə yanğınsöndürənlər gəlib. Hazırda yanğının söndürülməsi istiqamətində iş gedir.

İstanbulda yanan hərbi yataqxana