BAKI, 30 iyun — Sputnik. Ermənistan ordusunun hərbçisi, 1973-cü il təvəllüdlü Armen Atanesyan işğal altında olan Dağlıq Qarabağda ölüb.
Sputnik Ermənistan-ın məlumatına görə, hadisə iyunun 29-da axşam saatlarında cəbhənin Ağdam istiqamətində baş verib.
"İlkin məlumata əsasən, hərbçinin ölümü böyrək çatışmazlığından baş verib", — məlumatda deyilir.
Hadisənin səbəblərini araşdırmaq üçün araşdırma aparılır.